Yanvarın 17 və 18-də hava şəraiti kəskin dəyişəcək
Yan 16 , 2019 | 03:17 /
Oxunma ( 1827 )

Yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 28-33 m/s, yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 10° aşağı enərək 2°-yə yaxın isti olacağı gözlənilir. Yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var.
Azərbaycanın rayonlarında gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında

Xəbərdarlıq

Yanvarın 17-dən 18-i gündüzədək hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi rayonlarda arabir 23-28 m/s-dək güclənəcəyi, Kür Vadisi rayonlarında arabir 33-38 m/s-dək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 10° aşağı enəcək, havanın minimal temperaturu dağlıq
rayonlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, Aran
rayonlarında 2° şaxtadan 3°-dək isti təşkil edəcək. 
Xəzər Dəniz Akvatoriyasında gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında 

Xəbərdarlıq

Külək:
Yanvarın 17-18-də şimal-qərb küləyinin 20-25 m/s, arabir 30-35 m/s-dək güclənəcəyi, açıq dənizdə arabir 38-40 m/s-dək şiddətlənəcəyi gözlənilir. Yağıntı: 17-də yağışın sulu qara keçəcəyi ehtimalı var.
Dalğanın hündürlüyü: 3.0-5.0 m, sonrakı inkişafda 6.0-8.0 m və daha çox.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.