AMEA Genetik Ehtiyatlar İnstitutunda 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib
Yan 17 , 2019 | 04:04 / Mühüm hadisələr
Oxunma ( 2174 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilmişdir. İmtahanda “Genetika” ixtisası üzrə 2 nəfər iddiaçı iştirak etmişdir.

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanının keçirilməsi üçün institutda imtahan komissiyası yaradılmışdır. Komissiyanın sədri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, üzvləri – professor Ramiz Əliyev, professor Naib Əminov, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski və biologiya üzrə fəlsəfə doktoru Vüsalə İzzətullayevadır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.