AMEA Riyaziyyat və Mexanika İnstitutu 162 saylı məktəbin "Kiçik Akademiya"sı ilə əməkdaşlıq edəcək
Yan 16 , 2019 | 02:38 / Görüşlər
Oxunma ( 2790 )

   Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Famil Seyfullayev və məsul katibi elmi işçi Aida Quliyeva E.Əliyev adına 162 saylı orta məktəbdə görüş keçiriblər. Məktəbin direktoru Sevinc Abbasova rəhbərlik etdiyi qurumda yaradılan "Kiçik Akademiya"nın fəaliyyət istiqamətləri, orada həyata keçirilən tədbirlər və gələcək perspektiv planlar haqqında qonaqlara məlumat verib. Tərəflər “Kiçik Akademiaya“ ilə birgə cari tədris ilində birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyət planını da müzakirə ediblər və RMİ əməkdaşları tərəfindən texniki təmayüllü XI siniflərdə çətin qavranılan mövzular üzrə riyaziyyat dəsrlərinin tədrisi, İnstitutunda məktəbin riyaziyyat müəllimlərinin və texniki təmayüllü X-XI siniflərin şagirdləri üçün seminarların təşkili, 5- 6-cı siniflər arasında “ Məntiqlə düşün “ bilik yarışmasının keçirilməsi, Veb proqramlaşdırma seminarlarının təşkili eləcə də saytın yaradılması və idarə olunması, texniki elmlərlə bağlı məqalələrin təqdimatı müsabiqəsi və nəhayyət VI siniflərdə məntiq dərslərinin təşkil olunması istiqamətlərində tədbirlər görüləcəyinə qərar verilib. Yuxarıda sadalananlarla yanaşı hər iki elm və təhsil müəssisəsi arasında müştərək yay məktəbinin təşkil olunması məsələsi də müzakirə olunub. Fəaliyyət planının icrasına 2-ci yarımildən başlanılması qərara alınıb.

Məlumat üçün qeyd edək ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə 162 sayli məktəbin qarşılıqlı əlaqəsi artıq iki ildir ki, mövcuddur və şagirdlərin texniki fənnlərə istiqamətlənməsinə şərait yaradır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.