Fotos
AMEA RSXM-in Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyəti tam yenilənib
Yan 21 , 2019 | 03:13 / Mühüm hadisələr
Oxunma ( 2511 )

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin yenidən formalaşdırılmasına dair iclas keçirilib.

İclası RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli açaraq müəssisədə şuranın yenidən formalaşdırılması zərurətinin yarandığını söyləyib. O, mərkəzin gənc kadr potensialının böyük olduğunu və onların fəaliyyəti üçün bütün imkanların yaradıldığını deyib.

Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov RSXM-in gənc əməkdaşlarının aktiv fəaliyyət göstərdiyini, respublika səviyyəli konfrans və müsabiqələrdə yaxından iştirak etdiklərini qeyd edib.

AMEA-da gənc alimlərin inkişafı üçün bütün lazımi şəraitin yaradıldığını bildirən F.Salmanov RSXM-də GAMŞ-ın yenidən formalaşdırılmasını təqdirəlayiq hal adlandırıb.

Daha sonra Nərminə İsmayılova, Lalə Piriyeva, Xədici Şəbnəm, Ruslan Ağakərimov, Afaq Ağazadə, Azər İsgəndərov, Əfsunə Nuriyeva, İlhamə Cəlilova və Əsgərli Gülxanım müəssisənin GAMŞ-nın idarə heyətinin üzvləri seçiliblər. 

Həmçinin səsvermə nəticəsində Nərminə İsmayılova RSXM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Ruslan Ağakərimov müavini, Lalə Piriyeva isə katibi seçiliblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.