İslam İnkişaf Bankı 2019-2020-ci tədris ili üçün peşə təhsili, bakalavriat, magistratura, doktorantura və doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüd proqramı elan edib
Yan 21 , 2019 | 03:20 / Elmi müsabiqələr
Oxunma ( 3419 )

İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat üzrə təqaüd proqramları elan edib.

Proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura və doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur.

Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevral ayının 28-dək https://isdbscholarships.smartsimple.com/s_Login.jsp səhifəsinə göndərməlidirlər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.