Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilib
Yan 17 , 2019 | 03:41 / Mühüm hadisələr
Oxunma ( 1830 )

17 yanvar tarixində AMEA Aşqarlar Kimyası İnstitutnda (AKİ) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AKİ-nin elmi işlər üzrə direktor müavini k.ü.e.d., prof. Mirzə Mövsüm-zadə respublikamızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsi haqqında ümumi məlumat verib.

İnstitut rəsmisi 20 Yanvar faciəsinə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verildiyini qeyd edib.

Tədbirdə İnstitutn aparıcı elmi işçisi k.ü.f.d., dosent Elnarə Həsənova məruzə ilə çıxış edib. Sonra faciənin canlı şahidi olan İnstitutun Mülki müdafiə qərargahının rəisi, polkovnik-leytenant Hüseyn Dünyamalıyev çıxış edərək öz acı xatirələrini bölüşüb, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsi tarixində oynadığı rol barədə fikirlərini bildiriblər. Həmin qanlı hadisələrin, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğu vurğulanıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.