AMEA Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi ilə əlaqədar məktəblilər arasında kimya müsabiqəsi keçiriləcək
Yan 22 , 2019 | 04:47 / Mühüm hadisələr
Oxunma ( 2114 )

AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi ilə əlaqədar olaraq IX-X sinif şagirdləri arasında kimya müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

“Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” adlı müsabiqənin birinci mərhələsi test üsulu ilə martın 19-26-da keçiriləcək. Sualların yetmiş faizinə düzgün cavab verən şagirdlər ikinci mərhələyə buraxılacaq.

Mayın 25-də müsabiqənin ikinci, sentyabrın 21-də isə üçüncü mərhələsi təşkil olunacaq. Sonuncu mərhələdə 70 faiz bal toplayan şagirdlərdən I, II və III yerləri tutanlara müvafiq diplom və qiymətli hədiyyələr veriləcək. Üçüncü mərhələnin digər iştirakçıları fərqlənmə diplomu ilə mükafatlandırılacaq. Həmçinin müsabiqədə I, II və III yerləri tutan şagirdlərdən gələcəkdə kimya istiqamətində ali məktəblərə daxil olanlara tədris ili müddətində institut tərəfindən təqaüd təyin olunacaq.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 1 ədəd şəkil, iştirak ərizəsini və oxuduğu məktəb, sinif, kimya müəllimi haqqında məlumatı martın 1-dək institutun elektron ünvanına (nkpi@nkpi.az) göndərməlidirlər.

Əlaqə nömrəsi: (+994 12) 490 22 85

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.