"Müasir biologiyanın aktual problemləri" mövzusunda gənc mütəxəssislərin elmi-praktiki konfrans keçiriləcək
Yan 28 , 2019 | 02:24 / Mühüm hadisələr
Oxunma ( 2498 )

5 fevral 2019-cu il tarixində AMEA-nın Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının təşkilatçılığı ilə "Müasir biologiyanın aktual problemləri" mövzusunda elmi-praktiki konfrans keçiriləcək.

2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarından, respublikanın ali məktəblərindən və Kənd Təsərrüfatı Nazirliyinin sahə institutlarından yaşı 35-ə qədər olan 40 yaxın nümayəndə iştirak edəcək.

Konfransda maraq doğuran və biologiyanın aktual problemlərini özündə daha dolğun əks etdirən məruzələrin mükafatlandırılması nəzərdə tutulub.

Ünvan: Bakı ş., Mikayıl Müşfiq 103.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.