Yan 31 , 2019 | 06:00 / Mühüm hadisələr
Yasamal rayon Gənclər və İdman İdarəsinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunan ənənəvi tədbir təşkil edilib. Yasamal rayon İcra Hakimiyyətinin, Azərbyacan Respublikası Gənclər və İdman Nazirliyinin, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinin və digər təşkilatların nümayəndələrinin iştirak etdiyi təbridə respublikada həyata keçirilən gənclər siyasətinin tarixindən, əldə edilən nailiyyətlərdən və gələcək perspektivliklərdən geniş bəhs olunub.
Tədbirdə həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov da iştirak edib. Gənc alim tədbirdə Azərbaycanda elmi gəncliyin inkişafı ilə əlaqədar həyata keçirilən dövlət siyasətinin nəticələri və perspektivləri mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda Yasamal rayonunda yerləşən təşkilat və müəssisələrdə fəaliyyət göstrən bir qrup gəncə rayonun ictimai və idman həyatında göstərdikləri faəllığa görə diplom, fəxri fərman və müxtəlif hədiyyələr verilib. 2018-ci ildə Yasamal rayonun elmi-ictimai həyatında xüsusi fəallığı ilə seçilən AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşı Orxan Bəşrov da fəxri fərmanla mükafatlandırlanların sırasında yer alıb. Gənc mütəxəssisə fəxri fərmanı Yasamal Rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov təqdim edib.