Fotos
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirilib
Fev 01 , 2019 | 04:13 / Mühüm hadisələr
Oxunma ( 1959 )

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 2 fevral –Gəncləri günü münasibətilə tədbir keçirilib.

        Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu tədbiri açaraq Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. M.Nağısoylu eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrilib. Akademik onu da əlavə edib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, elmi , sosial-iqtisadi və digər sahələrində fəal iştirak edir.


        Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Allahverdiyeva dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərimizin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiyini deyib. Gənclərin elmi-mədəni, siyasi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynadığını söyləyən A.Allahverdiyeva institutda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, Türk dilləri şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxışlarında bildiriblər ki, gənclərin potensialının artırılması, onların inkişafı prosesində motivasiya çox önəmlidir. Gənclərimiz bilməlidirlər ki, onların elmi yaradıcılığı və fəaliyyətləri diqqətdən kənarda qalmır, yüksək qiymətləndirilir.
Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gənc fəxri fərmanla təltif olunub.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.