AMEA-nın magistrantları üçün növbəti müsabiqə keçiriləcək
Fev 01 , 2019 | 05:02 / Elmi müsabiqələr
Oxunma ( 2608 )

2019-cu ilin fevral-mart aylarında AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2019” müsabiqəsi keçiriləcək.

Müsabiqə AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə və elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirmək məqsədilə baş tutacaq.

Müsabiqədə təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr göstərən 3 magistrant mükafatlandırılacaq.

Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

- I yer – 1500 manat;

- II yer – 1000 manat;

- III yer – 500 manat. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.