Gənc alimin yaşı ilə bağlı mübahisələrə son qoyulacaq
Fev 11 , 2019 | 05:12 / Mühüm hadisələr
Oxunma ( 2587 )

Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.

Trend-in məlumatına görə, bununla bağlı "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, qanuna "gənc alim və tədqiqatçı" anlayışı əlavə edilir.

Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

 

"Gənclər siyasəti haqqında" qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.

Qanunda hansı yaşdan olan şəxslərin gənc alim hesab edilməsi isə dəqiqləşdirilməyib.

Yeni layihədə gənclik yaşı, eyni zamanda gənc ailə anlayışı olduğu kimi saxlanılıb, buraya yalnız kimlərin gənc alim hesab edildiyi əlavə edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.