Prezidentin Real televiziyasına müsahibəsi cəmiyyətdə böyük maraqla qarşılanıb
Fev 15 , 2019 | 12:32 / Müsahibələr, çıxışlar
Oxunma ( 1943 )

Dövlət başçımız Real televiziyasına müsahibəsində ölkənin taleyüklü məsələləri ilə bağlı mühüm  məqamlara toxundu və gələcək inkişaf perspektivlərimiz barədə mühüm açıqlamalar verdi.  Bu həm də ölkə mətbuatına etibarın, səmimi münasibətin təzahürü oldu.

Bu sözləri AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, mexanika-riyaziyyat üzrə fəlsəfə doktoru Emin Bağırov deyib:

O qeyd edib ki, ölkə rəhbəri bütün sahələrdə olan dinamikadan, görülən və gələcəkdə görüləcək işlərdən, əldə eidlən uğurlardan, ölkəmizin xarici siyasətindən, Azərbaycanın inkişafını gözü götrüməyən qüvvələrin fəaliyyətindən söhbət açaraq qeyd etdi ki, Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.

Fəlsəfə doktoru bildirib ki, Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın beynəlxalq iqtisadi uğurlarından bəhs etdi.: “Qısa zaman ərzində ölkəmiz mühüm beynəlxalq layihələrin müəllifinə çevrilib. Dövlətimizin başçısı qeyd etdi ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır.”

“Cənab Prezidentin məhz Real Televiziyasına, ölkənin ən tanınmış və təvcrübəli jurnalistlərindən biri Mirşahin Ağayevə müsahibəsi də mühüm məqamdır.  Yeni televiziya olmasına baxmayaraq, artıq dövlətimizin daxildə və xaricdəki düşmənləri ilə mübarizədə öncül olan, kifayət qədər tamaşaçı auditoriyası qazanan müstəqil media qurumuna müsahibə Azərbaycan mətbuatına növbəti dəstəyin, verilən əhəmiyyətin göstəricisidir.” - deyə E. Bağırov vurğulayıb.

Anar TURAN, “Xalq qəzeti”

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.