AMEA Botanika İnstitutunun əməkdaşının rəhbərliyi altında yerinə yetirilən layihə “Sabahın alimləri” VIII Respublika müsabiqəsində bürünc medala layiq görülüb
Fev 20 , 2019 | 04:23 / Elmi müsabiqələr
Oxunma ( 2060 )

AMEA Botanika İnstitutunda təcrübə keçmiş Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Əliyeva Aliyə və Sərhanbəyli-Quliyev Yusif 13-14 fevral tarixlərində Bakı şəhərində təşkil edilən “Sabahın alimləri” VIII Respublika müsabiqəsində “Ekologiya” nominasiyası üzrə III yerə layiq görülüblər.

Şagirdlərin müsabiqəyə təqdim etdikləri “Yosunların sututarlarında neft və neft məhsullarını təmizləməsi” mövzusuna elmi iş İnstitutun Alqologiya və lixenobriologiya laboratoriyasının müdiri, b.ü.f.d. Şəkər Muxtarovanın rəhbərliyi altında yerinə yetirilib. Şagirdlər Xəzər dənizininin Bakı buxtasında neftlə çirklənmiş ərazidən götürdükləri nümunələr üzərində alqofloranın təyinatını aparıb, yosunların növ tərkibini öyrənib və neftlə çirklənməyə qarşı tolerant növləri təyin ediblər.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.