Fotos
“Horizon-2020” proqramı üzrə maarifləndirici seminar keçirilib
Fev 19 , 2019 | 04:26 / Mühüm hadisələr
Oxunma ( 1427 )

AMEA Botanika İnstitutunda Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları barədə növbəti maarifləndirici seminar keçirilib.Ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və meşəçilik, dəniz və daxili su hövzələri tədqiqatları və bioiqtisadiyyat istiqaməti üzrə milli əlaqələndirici şəxs Ferid Seyfullayev "Horizon 2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat verib.Əyani olaraq Horizon 2020 veb səhifəsində qeydiyyatdan keçmək, çağırışların tapılması və partnyor axtarışı necə aparılmasını göstərib.

Daha sonra Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Zaur Həsənov "Horizon 2020" üzrə qalib layihəsi barədə danışaraq təcrübələrini bölüşüb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.