Fotos
AMEA Geologiya və Geofizika İnstitutunda geoloq tələbələr üçün “Açıq qapı” günü təşkil olunub
Fev 24 , 2019 | 06:00 / ELMİN TƏBLİĞİ
Oxunma ( 1859 )
Xəbər  verdiyimiz  kimi ötən həftə ərzində AMEA Geologiya və Geofizika (GGİ) İnstitutunda geoloq tələbə və magistrlər üçün “Geologiya günləri” adlı seminar-təlim işinə başlamışdı. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə və İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatı dəstiyilə ərəsəyə gətirilən layihənin rəhbəri  GGİ-nin II kurs magistri Yusif Əliyevdir. 
Üç gün davam edən layihənin sonuncu günü 50-dən çox iştirakçıdan ibarət qrup üçün sözügedən İnstitutda “Açıq qapı” günü də təşkil olunub. Ənənəvi olaraq GGİ-də təşkil edilən bu dəfəki tədbir nəticəsində gənc geoloq tələbə və magistrlar elmi tədqiqat müəssisəsinin maddi-texniki bazası ilə tanış olmaq imkanı qazanmışlar. Bundan başqa, qonaqlara İnstitutda fəaliyyət göstərən geoloji muzeyin zəngin kolleksiyaları, həmçinin son illər çap olunmuş fundamental və tətbiqi xüsusiyyətli əsərlər  haqqında faydalı məlumatlar verilmişdir. 
 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.