Fotos
Gənc geoloq alim və mütəxəssislər üçün “Let’s speak English” adlı danışıq klubu təşkil olunub
Fev 25 , 2019 | 06:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2550 )

Bu ilin əvvəllərindən başlayaraq AMEA Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislər üçün ingilis dilində davamlı danışıq klubu təşkil olunub.  İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun verdiyi məlumata görə “Let’s speak English” klubunun təşəbbüskarı və təşkilatçısı rəhbərlik etdiyi Şuradır. Klubun təşkili elmi-tədqiqat aparan gənclərdə ingilis dili biliklərinin təkmilləşdirilməsi, o cümlədən xarici ədəbiyyat materiallarından istifadə ilə bağlı problemlərin aradan qaldırılması və gənclərin əldə etdikləri nəticələrin beynəlxalq statuslu elmi tədbirlərdə təqdimatında peşəkarlığın yüksəldilməsi kimi məqsədləri özündə birləşdirir. Həftədə üç dəfə keçirilən klubun fəaliyyətində keyfiyyəti artırmaq  üçün xaricdə  təhsil almış və “IELTS” sertifikatına malik gənclərin klubda moderator kimi iştirakı da təmin olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.