Fev 26 , 2019 | 12:30 /
AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri y.e.ü.f.d. Rəqsanə Əsgərova, üzvləri: Yeganə Haciyeva, Samirə Məhərrəmova, Pünhan Səmədli və İnstitutun Rəhbərlik yanında aparatının Kadrlar şöbəsinin müdiri Arzu Rüstəmli “ Xocalıları taniyaq və tanidaq” adlı dəstək kampaniyası keçirmişlər. Kampaniyanın əsas məqsədi bir Xocalı ailəsinə maddi və mənəvi yardim edərək bu ağır soyqırım anım günündə onlarla birgə olaraq, ağrı-acısını bölüşmək və cəmiyyətə ötürməkdir. Bu kampaniyada "Xocalı soyqımı"nda bir oğlu şəhid olmuş, bir oğlu şikəst olmuş sinəsi dağlı olan 82 yaşlı nur üzlü Zöhrə nənənin evinə gedərək bu faciənin ildönümündə ona dəstək olaraq dərdinə şərik çıxmışlar. Bu dərdlərə baxmayaraq nur üzlü Zöhrə nənə bu diqqətə və qayğıya həm çox sevindi həmdə dərdini bölüşdü. Şikəst olmuş oğlu isə sanki hər kəsin üzündə bir ümid gözləyir və sağlamlığına qayıtmasını arzu edir.
Gənc alimlər görüşdüyü ailənin evindən həmvətənlilərimizə "gəlin Xocalıları tanıyaq və tanıdaq. Onlara eyniliklə də maddi və mənəvi dəstək olağın. Gəlin tariximizi unutmayaq!!!" deyə çağırış etməyi də unutmayıblar.