Fotos
BDU-nun IV kurs tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda təcrübə keçirlər
Fev 18 , 2019 | 03:51 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2176 )

Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə təhsil alan IV kurs tələbələri AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda təcrübə keçməyə başlayıblar. Ölkəmizin flaqman ali məktəbinin 30 nəfərdən ibarət tələbə heyəti ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində İnstitutun müasir kimyəvi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarının hər birində istifadə olunan cihaz və avadanlıqların iş pinsipləri ilə, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər, zərif üzvi sintez və aşqarlar kimyası sahəsində İnstitut əməkdaşları tərəfindən aktuallıq kəsb edən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə edilən elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini də dinləyəcəklər.

Tələbələrin tədris-istehsalat təcrübəsi mayın 20-də başa çatacaq.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.