AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda "Elm Günü" ilə əlaqədar gənclər arasında müsabiqə keçiriləcək
Mart 01 , 2019 | 12:45 / Elmi müsabiqələr
Oxunma ( 2353 )

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Elm gününə həsr olunmuş Biologiya və Aqrar sahədə səmərəli tətbiq işi mövzusunda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə müsabiqə keçiriləcək. Müsabiqədə 40 yaşına qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilər. İştirakçılar müsabiqəyə təklif edilən tətbiq işi üzrə 5-10 dəqiqəlik təqdimatla çıxış edəcəklər. İştirakçı və tətbiq işi haqqında əvvəlcədən  arayış təqdim olunmalıdır.  Müsabiqədə  iştirak etmək istəyənlər  mövzularını 11 mart 2019-cu il 17:00-dək [email protected] ünvanına göndərə bilərlər. Müsabiqə iştirakçıları sertifikatla və müsabiqənin qalibləri isə  diplom ilə təltif ediləcək.  Müsabiqə martın 14-ü saat 11:00-da AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Akt zalında (IV mərtəbə) keçiriləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.