Fotos
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Elm Günü” və Dövri Sistemin 150 illiyinə həsr olunmuş Respublika Konfransı keçirilib
Mart 01 , 2019 | 03:14 / Mühüm hadisələr
Oxunma ( 1949 )

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya institutunun təşkilatçılığı ilə  “Elm  Günü” və Dövri Sistemin 150 illiyinə həsr olunmuş Respublika Konfransı keçirilib.

Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitütinin  müəllim, magistr və tələbələri, eləcədə Z.Əliyeva adına Lisey, BDU-nun nəzdindəki Gənc İstedadlar Liseyi, Avropa Liseyi, 160 saylı Klassik Gimnaziya və Bakı şəhəri 192 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər

Konfransı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev  açaraq qeyd edib ki, 2019-cu il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən kimyəvi  elementlərinin Dövri cədvəli  Beynəlxalq ili elan edilmişdir.  Bu   hadisə,  rus alimi D.İ. Mendeleyev  tərəfindən kimyəvi elementlərin Dövri qanununun kəşf  olunmasının 150 illiyinə həsr edilib və dünyanın bir sıra ölkələrinin universitet və elmi mərkəzlərində bununla bağlı tədbirlər keçirilir.Sonra akademik “Kimyəvi elementlərin Dövri sistemi təbiətin fundamental qanunu kimi” adlı məruzə ilə çıxış edib.

Akademik qeyd edib ki, Mendeleyevin Dövri  qanununun kəşfi nəinki həmin dövrdə məlum olan  elementlərin xüsusiyyətlərini sistemləşdirməyə , həm də hələ məlum olmayan elementlərin  varlığını proqnozlaşdırmağa və xassələrini təsvir etməyə imkan verdi. Dövri Qanunla müəyyən edilmiş konsepsiyaların nəzəri əsaslarının inkişafı və praktik tətbiqi bu gün də  aktualdır. Qanun kimya proseslərini anlamaq və müasir kimyəvi texnologiyaların yaradılması üçün əsas verir. Kimyəvi elementlərin dövri sistemini nəzərə alaraq davamlı ərintilər və müəyyən xüsusiyyətləri olan maddələrin alınması, nüvə enerjisindən istifadə və s. məqsədi ilə işlər aparılır. Dövri qanun 20-ci əsrdə  kimya və fizika sahəsində bir sıra kəşflərin əsasında durur.

Daha sonra Bakı Dövlət Universitetinin Kimya Fakültəsinin dekanı professor Əbdülsəid Əzizov “Dövri sistem kimyanın tədrisində” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının professoru Minirə Ağahüseynova “Dövri sistemin yeni elementlərin kəşfində əhəmiyyəti” məruzələri ilə çıxış ediblər.

Sonra AMEA-nın Kimya Elmləri Bölməsinin akademik katibi, akademik Vaqif Fərzəliyev, Baki Dövlət Universitetinin prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə, AMEA-nın müxbir üzvü  Məhəmməd Babanlı, 160 saylı klassik Gimnaziyanın kimya müəllimi Dilşad Kərimova , 192 saylı məktəbin kimya müəllimi Afət Neymətova məruzələr ətrafında çıxış  ediblər.

Sonda tədbirdə iştirak şagirdlərin müxtəlif laboratoriyalara ekskursiyaları təşkil olundu və  onlar üçün “Analitik kimya ”  laboratoriyasında bir sıra maraqlı təcrübələr əyani olaraq göstərilib.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.