Fotos
Gənc bioloqların qış məktəbi öz işini yekunlaşdırıb
Mart 04 , 2019 | 12:36 / Mühim hadisələr
Oxunma ( 74 )

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Gənc bioloqların qış məktəbi–2019”un bağlanış mərasimi olub.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təşkil olunan yekun tədbirdə üç günlük qış məktəbinin nəticələri müzakirə olunub, iştirakçılar mükafatlandırılıb.

Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova qış məktəbinin işinin uğurla yekunlaşdığını söyləyib, gənc alimlərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Mərasimdə akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, biologiya elmləri doktoru Ulduz Həşimova, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, aqrar elmləri üzrə fəlsəfə doktoru Afiq Məmmədov və digərləri çıxış edərək gənclərin elmə cəlb olunmasında qış məktəbinin əhəmiyyətini vurğulayıb, gənc bioloqlara tövsiyələrini veriblər.

Sonra qış məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib, üç maraqlı məruzənin müəllifi diplomla təltif olunub. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Gülnar Abdullayeva I, Mikrobiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Səfərova II və Dendrologiya İnstitutunun elmi işçisi Güllü Əliyeva isə III yerə layiq görülüb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.