AMEA Gənc Alim və Mütəxəssislər Şurası Azərbaycan İlahiyyat Universiteti ilə birlikdə "Elm Günü"nə həsr olunan konfrans keçirəcək
Mart 06 , 2019 | 09:50 / Mühüm hadisələr
Oxunma ( 2328 )

3 aprel 2019-cu il tarixdə AMEA Gənc Alim və Mütəxəssislər Şurası Azərbaycan İlahiyyat Universiteti ilə birlikdə "Elm Günü"nə həsr olunan konfrans keçirəcək. "İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda baş tutacaq elmi-praktiki konfransın təşkil olunmasının əsas məqsədi elmi tədqiqatların təqdimatı, müzakirəsi və məlumat mübadiləsinin təmin olunmasıdır.

Bunula əlaqədar mövzu ilə əlaqədar tədqiqatçılar Konfransın təşkilat komitəsinə martın 20-dək 5-10 səhifə həcmində məqalə göndərə bilərlər. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.