Fotos
Genetik alim ABŞ-da 6 ay ezamiyyətdə olub
Mart 07 , 2019 | 02:59 /
Oxunma ( 2028 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Virusologiya qrupunun rəhbəri biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev 6 ay müddətində Amerikada ezamiyyətdə olmuşdur.

O, ABŞ-ın Azərbaycandakı Səfirliyinin 2018-2019 cu il üçün elan etdiyi Fulbright Elmi Tədqiqat proqramının qalibi olmuş və Nyu Yorkda yerləşən Kornell Universitetində tədqiqat aparmışdır. Tədqiqat işləri proqram çərçivəsində universitetin “Plant Pathology and Plant-Microbe Biology” departamentində dünya şöhrətli alim, professor Mark Fuksun rəhbərliyi altında “Azərbaycanda üzüm və meyvə bitkilərdə yayılmış virus populyasiyalarının xarakteristikası və genetik müxtəlifliyi” mövzusunda yerinə yetirilmişdir. Ezamiyyət müddətində Azərbaycan və eyni zamanda Nyu Yorkun müxtəlif bölgələrindən toplanmış bitki nümunələri tədqiq edilmişdir. İşin əsas məqsədi meyvə və üzüm bağlarında yayılmış virus mənşəli xəstəlikləri dərindən tədqiq etməklə bağları və eləcə də istehsal edilən məhsulu yaranmış xəstəliyin mənfi təsirindən mühafizə etməkdir.  

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.