Bakı Dövlət Universitetinin yeni rektoru təyin edildi
Mart 11 , 2019 | 05:00 /
Oxunma ( 1742 )
Prezident İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sözügedən sərəncama görə Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Məlumat üçün bildirək ki, yeni rektor 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib.

Elçin Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir.

O, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, həmin institutun "Günəş və Günəş-Yer əlaqələrinin fizikası" şöbəsinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini, AMEA "Azərbaycan Astronomiya Jurnalı"nın Baş redaktor müavini vəzifələrində çalışıb.

Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb - "Zəngi" liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedoqoji fəaliyyətlə məşğul olub.

https://az.wikipedia.org/wiki/El%C3%A7in_Babayev

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.