Biofizik gənclərə “Mənim ilk təqaüdüm” adlı maarifləndirici seminar keçirilib
Mart 14 , 2019 | 12:46 / Mühüm hadisələr
Oxunma ( 3085 )

14 mart 2019-cu il tarixində AMEA-nın Biofizika İnstitutunda gənc mütəxəssislər üçün maarifləndirici seminar keçirildi.

İnstitutun və Mərkəzi Nəbatat Bağının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə baş tutan seminarda AMEA Mərkəzi Nəbatat Bağının GAMŞ-nın sədri, doktorant Fərid Seyfullayevın “Mənim ilk təqaüdüm” mövzusunda məruzəsi dinlənildi.

Qarşılıqlı fikir mübadiləsi əsasında keçən seminarda F.Seyfullayev gənc mütəxəssislərə mövzu üzrə öz təcrübəsindən danışdı, gənclərin maraq göstərdiyi və daim araşdırmalar apardığı təqaüd proqramlarında tələb olunan sənədlərin tərtibi və onların tələbləri, qeydiyyat üsulları, xaricdə necə ödənişsiz təhsil almaq olar kimi məsələlər haqqında ətraflı məlumat verdi.

Seminarda institutda təcrübə keçən Baki Dövlət Universitetinin SABAH qrupunun tələbələri, gənc alimlər, magistrantlar və doktorantlar iştirak edirdilər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.