Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Mart 08 , 2019 | 02:33 /
Oxunma ( 1691 )

7 mart 2019-ci il   AMEA Torpaqşünaslıq və Aqrokimya  İnstitutunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Gənc Alim və Mütəxəssislər Şurası  və Həmkarlar Komitəsi İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə TAİ-nin  direktoru, AMEA-nın müxbir üzvü  Əlövsət Quliyev açıb. O və çıxış edən digər əməkdaşlar - HİK-in sədri a.e.ü.f.d Məmməd Məmmədov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev,  qadınlar şurasının sədri a.e.ü.f.d Əminə Axundova qadın həmkarlarını əziz gün təbrik ediblər. Daha sonraxanımlara hədiyyələri təqdim edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.