"Elm Günü"ndə alimlər Fəxri Xiyabanda oublar
Mart 27 , 2019 | 12:09 /
Oxunma ( 1676 )

27 mart Azərbaycanda ilk dəfə olaraq Elm Günü kimi qeyd edilir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasından 74 il ötür. Bu tarix Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə təsis olunub.

Elmi ictimaiyyət nümayəndələri peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.