AMEA-da elmi ən çox populyarlaşdıranın kimliyi məlum oldu
Mart 27 , 2019 | 12:25 / Elmi müsabiqələr
Oxunma ( 2064 )

Azərbaycan Milli Elmlər Akademiyasında elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə AMEA Rəyasət Heyətinin mükafatının sahibi məlum olub.

Müsabiqəyə ümumilikdə ayrı-ayrı şəxslərin və kollektivlərin namizədliyini əhatə edən 31 iş təqdim olunub. AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı ilə yaradılmış Ekspert Komissiyası təqdim olunan işlərin yekun qiymətləndirməsini sona çatdırıb. Komissiyanın rəyləri AMEA-nın prezidentinə təqdim edilib və qalib müəyyənləşdirilib.

Elmi biliklərin və elmi nailiyyətlərin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə, o cümlədən kainat və onun əsas inkişaf mərhələlərinə həsr olunmuş elmi və elmi-populyar əsərinə görə, Fəlsəfə İnstitutunun Estetika şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov AMEA Rəyasət Heyətinin mükafatına layiq görülüb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.