Fotos
AMEA Geologiya və Geofizika İnstitutunda “Elm günü” ilə əlaqədar “Master class” təşkil olunub
Mart 29 , 2019 | 02:05 / Mühüm hadisələr
Oxunma ( 1657 )

Ötən gün, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda əkəsəriyyəti gənclərdən ibarət auditoriya üçün “Master class” formatında tədbir təşkil olunub. Ölkədə ilk dəfə qeyd olunan “Elm günü” ilə əlaqədar keçrilən tədbiri elmi müəssisəsinin direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov açıb. Natiq İnstitutun, həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, SOCAR-ın və digər əlaqədar təşkilatların əməkdaşlarından ibarət kollektivi “Elm günü” münasibətilə təbrik edib, eləcə də elmi fəaliyyət göstərən vətəndaşlar üçün peşə bayramının təsis edilməsilə bağlı  ölkə başçısı tərəfindən ötən il imzalanan sərəncamın mühüm əhəmiyyətindən və töhfələrindən danışıb.

İnstitutun “Gənc alim və mütəxəssislər şurasinin elmi seminar”ı çərçivəsində təşkil olunan ustad dərisində elmi müəssisənin “Petrologiya şöbəsi”nin rəhbəri, akademik Arif İsmayılzadə “Azərbaycanın qızıl-filizli yataqlarının əmələ gəlməsinin müasir yanaşma əsasında petrogenetik meyarları” adlı maraqlı məruzə ilə çıxış etmişdir. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun sədrliyilə baş tutan “Master class” da məruzə ilə bağlı geniş müzakirələr aparılmış, yaranmış sulallar ustad-alim tərəfindən cavablandırılmışdır.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.