Fotos
AMEA Gəncə Bölməsində “Elm günü” münasibətilə keçirilmiş tədbirdə gənc tədqiqatçılar mükafatlandırılıb
Mart 29 , 2019 | 02:51 / Mühüm hadisələr
Oxunma ( 1863 )

AMEA Gəncə Bölməsində 27 mart – “Elm günü” münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik konfransda şəhərin elmi ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Sonra tədbir iştirakçıları elmi nailiyyətlər sərgisi ilə tanış olmuşlar. Konfransı giriş sözü ilə AMEA Gəncə Bölməsinin sədri, əməkdar elm xadimi, akademik Fuad Əliyev açaraq cənab Prezident tərəfindən “Elm günü”nün təsis edilməsinin əhəmiyyəti, şəhərin bu günkü elmi potensialı və ölkə rəhbərinin diqqət və qayğısına cavab olaraq qarşıda duran vəzifələr baradə çıxış etmişdir. Tədbirdə “Regionda aqrar elm sahəsində aparılan tədqiqatlar və perspektivlər”, “Bioresurslar sahəsində aparılan elmi-tədqiqat işləri və onların tətbiqi”, “Qərb bölgəsinin mütəfəkkirləri və klassikləri”, “Gəncədə tarixi araşdırmalar”, “Regionun ekoloji tarazlığı” və digər aktual elmi mövzularda AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, professor Xəlil Yusifli məruzələrlə çıxış etmişlər. Konfransda “İlin ən fəal qadın alimi” müsabiqəsinin qalibi, Bölmənin gənc tədqiqatçısı İlahə Cəfərova, “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqəsinin qalibi, Bölmənin Gənc alim və mütəxəssislər Şurasının sədri Elnur Həsənov fəxri diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Tədbirdə həmçinin uzun illər ərzində səmərəli elmi fəaliyyətdə fərqlənən əməkdaşlara Fəxri Fərman, diplom və xatirə hədiyyələri təqdim olunmuşdur. Tədbirin sonunda konfrans iştirakçıları adından AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə müraciət qəbul olunmuşdur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.