AMEA Botanika İnstitutunda da "Elm günü" qeyd olunub
Dek 30 , 2018 | 06:00 / Görüşlər
Oxunma ( 182 )

29 mart 2019-cu il tarixində AMEA Botanika İnstitutunda Elm günü ilə əlaqədar “Açıq qapı” tədbiri keçirilib. Tədbirin açılış mərasimində çoxsaylı qonaqlar, AMEA-nın müxtəlif institutlardan nümayəndələr, həmçinin Bakı Dövlət Universitetinin professor-tələbə heyəti, Bakı Avropa liseyi, Z,Əliyeva adına lisey və Kimya təmaüllü liseyin müəllim-şagird kollektivi iştirak edib. İnstitutun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov iştirakçıları salamlayıb, onları Elm günü münasibətilə təbrik edib.

İnstitutun direktoru, akademik Validə Əlizadə tədbiri açaraq bu günü Azərbaycan elmi ictimaiyyəti üçün əlamətdar hadisə kimi qiymətləndirib, elmin cəmiyyətin inkişafında xüsusi rolunu vurğulayıb.  Bildirib ki, ölkə rəhbərinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Elm günü”nün təsis olunması Azərbaycan ziyalısına və elminə qayğının nəticəsidir.  Akademik,  Botanika İnstitutunu qədim və tanınmış tarixə malik olan elmi müəssisə kimi təqdim edib, onun müasir istiqamətlərindən söz açıb. İnstitutun innovativ fəaliyyətində gənclərin rolu, xarici təcrübə və dünya elminə inteqrasiyası, alimlərin strateji əhəmiyyətli yolların seçilməsinin vacibliyi, elmi uğurları haqqında söz açıb. O, tədbir iştirakçılarını İnstitutun zəngin Herbari fondu, innovativ Botanika müzeyi, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, İTK sektoru ilə tanış olmağa dəvət edib. Həmçinin, tədbirdə İnstitutun elmi fəaliyyətini əks etdirən sərgi və video-çarx nümayiş olunub.

Tədbir çərçivəsində AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” mövzusunda elmi-praktiki seminar keçirilib.

 Seminarda b.ü.f.d. Nuri Mövsümovanın “Qış otlaqlarında bəzi yem bitkilərinin keyfiyyət göstəricilərinin və məhsuldarlığının təyini”, Aidə İbrahimovanın “Böyük Qafqazın meşə ekosistemlərinin bitki müxtəlifliyi və mühafizəsi”, Aydan Zeynalovanın “Дикорастущий гранат: комплексное изучение химического состава, активности, и перспективы использования”, Xatirə Qasımovanın “Mərkəzi Kür-Araz ovalığının şoranlaşmış torpaqlarında davamlı kənd təsərrüfatı” adlı məruzələri dinlənilib. Mövzulara aid geniş müzakirələr aparılıb.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.