Fotos
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib
Apr 01 , 2019 | 10:17 / Görüşlər
Oxunma ( 2023 )

Martın 29-u AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatıçılığı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib. Tədbirin əvvəlində  soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru  AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev   açıb. Professor qeyd edib ki, mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir. Soyqırımı zamanın erməni quldur dəstələri təkcə insanlara qarşı  yox eyni zamanda bu torpaqlarda tarixi, mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandırıblar.Təxmini hesablamalara görə, mart sayqrımı zamanı Bakıda15-20 min Şamaxıda 7 min, Qubada isə 6 min nəfər qətlə yetirilmişdir. Qeyd edək ki,Azərbaycanın Ümumilli lideri Heydeər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbyacanlıların Soyqırımı Günü kimi qeyd olunur. Tədbirin sonunda  Soyqırımı Gününə həsr olunmuş video rolik  nümayiş olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.