Apr 01 , 2019 | 10:29 / Mühim hadisələr
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda “Elm Günü” əlaqədar ilə “Genetik ehtiyatların biomüxtəlifliyinin molekulyar genetik əsasları” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.
İlk öncə tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov açmış, “Elm Günü” münasibəti ilə institut kollektivini təbrik etmiş və daha sonra hər il mart ayının 27-nin “Elm Günü” kimi qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamını və bu sərəncamın icrası ilə bağlı AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 17 yanvar 2019-cu il tarixli qərarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra institutun bir sıra əməkdaşları müasir molekulyar-genetik metodlarla apardıqları tədqiqat işləri haqqında təqdimatlar etmişlər.
Qeyd edək ki, tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin İnstitutları ilə yanaşı Tibb Universitetinin bir neçə əməkdaşı da iştirak etmişdir.