Fotos
AMEA Şamaxı Astrofizika Rəsədxanasının gənc elmi işçisi beynəlxalq müsabiqənin qalibi olub
Apr 01 , 2019 | 01:51 / Elmi müsabiqələr
Oxunma ( 2644 )

Beynəlxalq Astronomiya İttifaqının (BAİ) elan etdiyi müsabiqədə Rəsədxananın da təşkilatçısı olduğu tədbir dünya üzrə birinci oldu

Bu il Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar bütün dünya üzrə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən birincisi 2019-cu ilin 10-13 yanvar tarixində baş tutmuş  “100 saat Astronomiya” tədbiridir.  BAİ tərəfindən bu tədbirdə üç kateqoriya üzrə (Astronomiya hər kəs üçün, ən innovativ tədbir, ən böyük tədbir) müsabiqə elan olunmuşdur.

Müsabiqənin keçirilməsində əsas məqsəd astronomiyanın inkişaf, təhsil, təbliğat və diplomatiya üzərindəki açar rolunu təşviq etmək üçün müxtəlif innovativ və əhatəli təşəbbüslər edilməsidir.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, "Azərkosmos" ASC-nin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin, Tusi Bohm Planetariumun birgə təşkilatçılığı ilə dörd gün ərzində Bakıda və Rəsədxanada silsilə tədbirlər təşkil edilmişdir. Tədbir çərşivəsində məktəblilərin Planetariuma səfərləri, məktəblilər arasında kosmik geyim müsabiqəsinin təşkili, teleskoplarla gecə müşahidələrinin təşkili, gündüz vaxtı Günəş müşahidələri, qadınlar və qızlar astronomiyada adlı xüsusi görüşlərin təşkili baş tutmuşdur. Tədbirin ən önəmli məqamlarından biri təşkilatçılar tərəfindən kimsəsiz və əlil uşaqların bu tədbirlərdə iştirakının təmin edilməsi olmuşdur. Tədbir sosial media və yerli TV kanallar tərəfindən geniş işıqlandırılmışdır.

 Qeyd edək ki, göstərilən tarixlərdə astronomiyanın təbliğ olunması ilə bağlı BAİ tərfindən elan edilən bu müsabiqədə dünya üzrə 86 ölkədə gerçəkləşən 1200-dən çox tədbir təşkil olunmuşdur.

11 mart 2019-cu il tarixində BAİ tərəfindən elan edilən üç kateqoriya üzrə qaliblərin adı açıqlanmışdır. Sevidirici haldır ki, “Astronomiya hər kəs üçün” kateqoriyası üzrə birinci yerə məhz Azərbaycanda təşkil edilmiş tədbir layiq görülmüşdür. Bununla əlaqədar olaraq BAİ-nin Azərbaycan üzrə milli kordinatoru, ŞAR-ın elmi işçisi Famil Mustafaya sertifikat və 1-ci yer üçün nəzərdə tutulmuş tam avtomatlaşdırılmış Celestron 6-Inch SE NexStar teleskopu və 11-13 aprel tarixlərində Brüsseldə keçiriləcək tədbirə dəvət göndərilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.