Aprelin 4-də AMEA-da “İslam sivilizasiyası və elm: tarix və müasirlik” adlı gənclərin konfransı keçiriləcək
Apr 02 , 2019 | 01:10 / Mühüm hadisələr
Oxunma ( 1933 )

Hörəmtli gənc alim və mütəxəssislər,

SiziAzərbaycan İlahiyyat İnstitutu və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən “İslam sivilizasiyası və elm: tarix və müasirlik” adlı konfransa dəvət edirik. Konfrans 04 aprel 2019-cu il saat 10.30 da AMEA-nın Əsas binasının Akt zalında keçiriləcəkdir. (Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti, 115)
Konfransda mövzuya maraq göstərən digər şəxslərdə iştirak edə bilər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.