AMEA Aşqarlar Kimyası İnstitutunda "Ən yaxşı elmi tədqiqat işi" müsabiqəsi keçiriləcək
Apr 02 , 2019 | 01:28 / Elmi müsabiqələr
Oxunma ( 2094 )

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə bu elmi müəssisənin gənc tədqiqatçıları olan gənc alim, doktorant, dissertant və magistrantlar arasında Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunan "Ən yaxşı elmi tədqiqat işi" adlı müsabiqəsini elan edib. Şuranın sədri, dosent Əfsun Sucayevin məlumatına görə, 05 aprel-15 may 2019-cu il tarixlərini əhatə edən müsabiqə müddətində iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı təqdimat hazırlayıb ekspertlər qarşısında məruzə edəcəklər.

Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.