Fotos
AMEA Aşqarlar Kimyası İnstitutunun strukturu təkmilləşir, idarəetməsi optimallaşdırılır
Apr 02 , 2019 | 02:19 / Mühüm hadisələr
Oxunma ( 1424 )

02 aprel 2019-cu il tarixdə АМЕА Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. Tədbiri giriş nitqi ilə açıq elan edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev gündəlikdə duran ilk məsələ haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin məlum Fərmanı Akademiyanın hər bir elmi müəssisəsi kimi Aşqarlar Kimyası İnstitutu qarşısında yeni məqsəd və vəzifələr qoyub: “Bu məsələ Elmi Şuranın əvvəlki iclaslarında kifayət qədər müzakirə olunub və qərara alınıb ki, İnstitutun bundan sonrakı fəaliyyətinin daha da güclənməsi, tətbiqi işlərin genişləndirilməsi üçün mövcud strukturun təkmilləşdirilməsi, idarəetmənin optimallaşmasından ötrü fəaliyyəti müsair tələblərə cavab verməyən şöbə və laboratoriyalar birləşdirilsin”.

Elmi Şura üzvləri İnstitutun “Motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar” laboratoriyasının “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasına birləşdirilməsi, eləcə də “Aşqarların texnologiyası” laboratoriyasının ləğv edilərək kadr potensilanın “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” və “Patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması” laboratoriyasında yerləşdirilməsinin nəzərdə tutan yeni strukturu təsdiq etdi.

İclasda həmçinin İnstitutun doktorantları Rzayeva İradə Əli qızı, Əliyeva Həyat Şmidt qızı və Məmmədova Rəhimə Fərhad qızının attestasiyası məsələsi nəzərdən keçirildi, onların ötən bir illik fəaliyyəti qənaətbəxş hesab olundu.

Elmi Şura İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin 80 illik yubileyinin keçirilməsi haqqında qərar də qəbul etdi.

Sonda İnstitutun “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyası üzrə elmi işçi vəzifəsinə seçki keçirldi.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.