Fotos
Azərbaycan, Almaniya və Gürcüstan alimlərinin birgə tədqiqatlarının nəticələri müzakirə olunub
Apr 03 , 2019 | 10:15 / Mühüm hadisələr
Oxunma ( 1347 )

Bu gün AMEA akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda bitkilərdən istifadə etməklə davamlı üzvi çirkləndiricilərlə  (DÜÇ) çirklənmiş torpaqların təmizlənməsi (fitoremediasiya üsulu)  imkanlarının öyrənilməsi  üzrə Azərbaycan, Almaniya və Gürcüstan alimlərinin birgə tədqiqatlarının nəticələrinə həsr olunmuş seminar keçirilib.

Seminarda akademik Vaqif Fərzəliyev, professor Dr. Pərvin Məmmədova,  Dr.Elbəy Babayev, Dr.İradə Eyvazova (Aşqarlar Kimyası İnstitutu), professor Dr. Rolf Düring və Dr.Marcel Simon (Giessen Universiteti, Almaniya), professor Dr. Philip Weller(Mannheim Universiteti, Almaniya) və  professor Dr.Daniela Lud (Reyn-Waal Tətbiqi Elmlər Universiteti, Almaniya), professor Dr.Besik Kalandadze (Tbilisi Dövlət Universiteti), professor Dr.İslam Mustafayev (AMEA Radiasiya Problemləri İnstitutu), professor Dr.Nəriman İsmayılov (AMEA Mikrobiologiya İnstitutu), AgriBio EkoTech şirkətinin prezidenti Əli Əlizadə və Gəncə Aqrobiznes Assosiasiyasının (GABA)  İdarə Heyətinin sədri Dr.Vüqar Babayev iştirak ediblər.

Tədbirin əvvəlində AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev qonaqları salamlamış və iştirakçılara səmərəli işlər arzulamışdı. Seminar zamanı DÜÇ problemi ilə bağlı aparılan araşdırmalar üzrə 5 məruzə dinlənilib. Problemin aktuallığı baxımından seminar interaktiv formada  keçirilmiş və hər bir təqdimatda bu istiqamətin prioritet olduğu  vurğulanıb.

Məlumat üçün bildirək ki, davamlı üzvi çirkləndiricilər olduqca toksik, təhlükəli kimyəvi maddələrdir, onlar ətraf mühitdə uzun müddət qala, uzaq məsafələrə yayıla və insanların və heyvanların yağ toxumalarında yığıla bilər.

Seminarın sonunda əldə edilmiş nəticələr müzakirə olunmuş və birgə əməkdaşlıq üçün növbəti addımlar müəyyən edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.