Fotos
AMEA Fizika İnstitutunun gənc alimlərinin təşkilatçılığı ilə Baki-Türk Anadolu liseyində görüş keçirilib
Apr 03 , 2019 | 10:51 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2320 )

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Baki-Türk Anadolu liseyində görüş keçirilib. Görüşdə məqsəd elmə marağı artırmaq, elmin populyarlaşdırılması, məktəblilərin fizika elmi sahəsində bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. GAMŞ-ın üzvlərini ilk olaraq liseyin müdiri Nurullah Feyzi Yazıcı qəbul edib. O, Fizika İnstitutunun gənc alim və mütəxəssislərin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, gələcəkdə də liseyin Şura ilə əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

         GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova liseyin rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib. Qeyd edib ki, məqsəd şagirdləri Fizika İnsitutu ilə  tanış etmək, burada görülən işlər haqqında onları məlumatlandırmaqdı.

Görüşdən sonra  GAMŞ-ın üzvləri məktəblilər qarşısında çıxış ediblər, onlara müxtəlif elmi təcrübələr nümayiş etdiriblər. Elmi təcrübələr şagirdlər tərəfindən maraqla qarşılanıb, təcrübələrin geniş izahı verilib, suallar cavablandırılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.