Siyavuş Novruzov: "AMEA-nın ləğvini mümkün hesab etmirəm"
Apr 03 , 2019 | 11:05 / Müsahibələr, çıxışlar
Oxunma ( 2294 )

"Azərbaycan Milli Elmlər Akademiyasının ləğvini mümkün hesab etmirəm". Bu fikirləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Qafqazinfo”ya müsahibəsində bildirib. Onun sözlərinə görə bu istiqamətdə çox ciddi işlər gedir: "Milli Elmlər Akademiyasının strukturu iki hissədən ibarətdir. Bir sahə dövlət üçün lazım olan sahədir. Gəlir gətirməsə belə, dövlətin tapşırıqlarını yerinə yetirir. Elə sahələr də var ki, onlar dövlət büdcəsindən vəsait almaqla yanaşı, ayrı-ayrı şirkətlərlə müqavilələr bağlayıb qrantlar alırlar. Məsələn, ərəb ölkələrində akademiya yoxdur. Bu da millətin səviyyəsini müəyyənləşdirir. Bizdə hələ dövlətin nəzarəti altındadır. Ayrı-ayrı institutlar var ki, onlar özləri də qazanc əldə edir". 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.