Fotos
AMEA-da "Elm Günü" ilə əlaqədar keçrilən müsabiqələrin qalibləri mükafatlandırılıb
Apr 03 , 2019 | 09:58 / Elmi müsabiqələr
Oxunma ( 2205 )

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən bu il akademiyanın keçirdiyi tədbirlərdən danışıb. A.Əlizadə “Elm günü” ilə əlaqədar AMEA Rəyasət Heyətinin “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətə görə”, “Gənc qadınlar elmdə” və “Magistr–2019” müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.