AMEA-nın gənc alimləri xarici ölkələrin nüfuzlu elm mərkəzlərinə ezam olunacaq
Apr 03 , 2019 | 10:09 /
Oxunma ( 2190 )

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti bir qrup gənc alimin xarici ölkələrinin aparıcı elm mərkəzlərinə ezam olunması haqqında qərar çıxarıb. Belə ki, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi  işçisi Həmayıl Adıgözəlzadənin Almaniya Federativ Respublikasının Leibniz adına Potsdam Astrofizika İnstitutuna, AMEA-nın Mərkəzi Nəbatat Bağının şöbə müdiri Yusif Abiyevin Türkiyənin Qaradəniz Texniki Universitetinə, aqrar elmlər üzrə fəlsəfə doktoru Elton Məmmədovun Polşanın Adam Mişkiyeviç Universitetinə, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqovun İtaliyanın Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutuna ezam edilmələri haqqında qərarlar verilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.