Fotos
İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı keçirilib
Apr 08 , 2019 | 02:37 / Mühüm hadisələr
Oxunma ( 1395 )

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQKİ) bu qurumun və İtaliya Milli Tədqiqatlar Şurasının (İMTŞ) Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun birgə təşkilatçılığı ilə İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı keçirilib.

Seminarda KQKİ və İMTŞ-nin əməkdaşları ilə yanaşı, AMEA-nın Polimer MateriallarıNeft-Kimya ProsesləriFizika və Biofizika institutlarının alimləri iştirak ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açaraq bu gün iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə sıx əlaqələrin olduğunu, Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin getdikcə yüksəldiyini bildirib.

Elmi əlaqələrə də toxunan akademik AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında əməkdaşlıq sazişinin imzalandığını, birgə tədqiqat proqramlarının elan edildiyini söyləyib. D.Tağıyev sözügedən saziş çərçivəsində KQKİ və İtaliya Milli Tədqiqatlar Şurası tərəfindən birgə tədqiqat işlərinin aparıldığını qeyd edib. 

Alim iki gün davam edəcək seminarın kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından önəmli olduğunu vurğulayıb.

Sonra Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun direktor əvəzi, professor Luici Ambrosio çıxış edərək İMTŞ haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, 1923-cü ildə yaradılan şuranın balansında 300-ə qədər institut, laboratoriya və elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir və 1000-ə yaxın qurumla elmi əməkdaşlıq edilir.

Daha sonra L.Ambrosionun "Gələcək sağlamlıq üçün mütərəqqi biomateriallar və texnologiyalar", İMTŞ-nin əməkdaşı Maria Grazia Rauccinin “Sümük regenerasiyası və bərpası üçün iynələnə bilən terapevtik materiallar” və Kataliz və Qeyti-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Şamo Tapdıqovun “Xitozan-tibbdə bioaktiv molekulların mükəmməl daşıyıcısı kimi” mövzusunda məruzəsi dinlənilib və geniş müzakirələr aparılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.