AMEA İtaliya Milli Tədqiqat Şurası ilə növbəti birgə müsabiqə elan edib
Apr 11 , 2019 | 08:38 / Elmi müsabiqələr
Oxunma ( 1557 )

AMEA və İtaliya Milli Tədqiqat Şurası (CNR) arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2020-2021-ci illər üçün müsabiqə elan edilir.

Layihələr İtaliya Milli Tədqiqat Şurasının müvafiq elmi təşkilatlarından olan alimlərlə birlikdə ingilis dilində hazırlanmalıdır. AMEA və CNR tərəfindən birgə seçilmiş layihələr üçün ayrılmış maliyyə vəsaiti layihə çərçivəsində İtaliyaya səfər xərclərinin ödənilməsinə sərf ediləcək. 

Layihə təklifləri 12 aprel-28 iyun 2019-cu il tarixlərində AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul olunur.

İtaliya tərəfindən iştirak edə biləcək elmi müəssisələr haqqında məlumatı  https://www.cnr.it/en/institutes linkindən əldə etmək mümkündür.

CNR tərəfdən əlaqələndirici şəxs Antonella Guididir (CNR - Office for European and International Relations, antonella.guidi@cnr.it, +39 06 49933977).

Layihə təklifləri üçün ərizə forması buradan yüklənə bilər. 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.