Fotos
AMEA alimləri üçün elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydalarına dair maraqlı təqdimat keçirildi
Apr 12 , 2019 | 08:46 / Mühüm hadisələr
Oxunma ( 1542 )

Aprelin 12-də AMEA-nın Əsas binasında Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Elmi-analitik şöbəsinin təşkilatçılığı ilə “Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydaları” mövzusunda seminar keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının aidiyyatı nümayəndələri iştirak ediblər.

Seminarı Elmi-analitik şöbənin müdiri Fail Kazımov açaraq "Web of Science", “Scopus”, "Scimago Journal & Country Rank" kimi nüfuzlu bazalarda AMEA-nın elmi göstəriciləri, eyni zamanda akademik sosial şəbəkələrdən istifadə və onların əsas üstünlükləri barədə geniş məlumat verib.

F.Kazımov elmi müəssisələrin fəaliyyətinin təhlili və qiymətləndirilməsi üçün bu bazalardan istifadə qaydalarının mükəmməl mənimsənilməsinin zəruri olduğunu vurğulayıb.

Seminarda, həmçinin “Web of Science” və “Scopus”da indeksləşən jurnallarda məqalələrin düzgün axtarışı, onların müvafiq kateqoriyalar üzrə təsnifləşdirilməsi haqqında danışılıb.

Daha sonra həmin şöbənin müdir müavini Turan İsazadə elmmetrik bazalar və akademik sosial şəbəkələrdə axtarışın aparılması, alimlərin profillərinin yaradılması ilə bağlı təlimatı seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.