Fotos
Gənc fizioloqların növbəti elmi seminarı keçirilib
Apr 12 , 2019 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 1634 )

Bu gün AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının "Gənc fizioloqların Elmi Seminarı" keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Zenfira Qədimova şuranın illik fəaliyyət planı ilə əlaqədar bir sıra məsələləri müzakirə edib, daha sonra məruzəçini auditoriyaya təqdim edib. İclasda “Ekotoksikologiya” laboratoriyasının dissertantı, kiçik elmi işçi Nigar Teymurovanın “Stress və digər faktorların sağlamlığa və qocalma proseslərinə təsiri” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə insan sağlamlığına təsir edən amillər, stress və qocalma problemləri haqqında məlumat verilmişdır.

         Məruzənin sonunda cənub bölgəsində yaşayan uzunömürlülərin həyat tərzi və fizioloji vəziyyəti haqqında maraqlı slayd nümayiş etdirilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.