Azərbaycan Milli Elmlər Akademiyasının may ayında ümumi yığıncağı keçiriləcək
Apr 15 , 2019 | 04:38 / Mühüm hadisələr
Oxunma ( 1928 )

Mayın 1-də saat 10.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın ümumi yığıncağı keçiriləcək.

AMEA-dan bildirilib ki, yığıncaqda hesabat məruzələri dinləniləcək, elmi nailiyyətlər sərgisi təqdim ediləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.