Məktəblilərə müasir coğrafiya elminin təcrübi-metodiki əsasları aşılanıb
Apr 15 , 2019 | 05:31 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2148 )

AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunda Suraxanı rayonu 232 saylı orta məktəbin şagirdləri üçün “Müasir coğrafiya elminin təcrübi-metodiki əsasları” mövzusunda seminar keçirilib.

Tədbiri institutun direktoru, akademik Ramiz Məmmədov açaraq seminarın ənənə halını aldığını, bu cür görüşlərin gənclərdə elmə marağın artmasına xidmət etdiyini, gələcəkdə onların peşə seçimində müsbət rol oynaya biləcəyini deyib. O, həmçinin institutda aparılan elmi işlərdən, çöl tədqiqatlarından, yeni əhəmiyyətli nəşrlərdən, coğrafi problemlərdən və s. söhbət açıb.

Sonra c.ü.e.d. Rəna Bəyim Qaşqay, c.ü.e.d. Zakir Eminov, c.ü.f.d. Habil Haqverdiyev və c.ü.f.d. Samirə Ələkbərova çıxış edərək coğrafiya elminin inkişafında böyük rol oynayan görkəmli alimlər, eləcə də siyasi və iqtisadi coğrafiya, demoqrafiya və əhali coğrafiyası, Azərbaycanın iqtisadi rayonları və s. haqqında məlumat veriblər.

Daha sonra c.ü.f.d. Elina Kərimova və c.ü.f.d. Etibar Bədəlov “Azərbaycanın palçıq vulkanları” mövzusunda təqdimatla çıxış edib, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.