AMEA Genetik Ehtiyatlar İnstitutunun gənc mütəxəssisi Türkiyənin Ege Universiteti Tibbi Biologiya kafedrasında 11 günlük ezamiyyətdə olub
Apr 16 , 2019 | 03:07 /
Oxunma ( 1485 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin elmi işçisi Bayram Bayramov Türkiyənin Ege Universiteti Tibbi Biologiya kafedrasında 11 günlük ezamiyyətdə olmuşdur.

Səfərdə əsas məqsəd Ion PGM Yeni Nəsil Sekvenserinin iş prinsipini mənimsəmək, gen panellərinə görə amplikon sekvensləmənin həyata keçirilməsi və ayrı-ayrı xəstəliklər üzrə bu panellərin dizayn edilməsi, alınan dataların analizi  olmuşdur. B.Bayramov ezamiyyət çərçivəsində elmi rəhbəri Tibb üzrə fəlsəfə doktoru, dosent Aslı Tetik Vardarlının rəhbərliyi altında Qeyri-kiçik hüceyrəli Ağciyər xərçəngi diaqnozu qoyulan xəstələrdə  tədqiqat işi aparmışdır. Sözügedən xəstəlik ağciyər xərçənginin 85%-ni təşkil edir və bir çox növləri vardır (adenokarsinoma, yastı epitel hüceyrəli və böyük hüceyrəli).

Son dövrlərdə qeyri-invaziv metod kimi tanınan və getdikcə təkmilləşdirilən maye biopsiyası vasitəsilə xərçəng hücerələrinə aid DNT fraqmentlərini və eyni zamanda qanda sərbəst dövr edən şiş hüceyrələrini əldə edib molekulyar səviyyədə tədqiq etmək mümkün hala gəlmişdir. Tədqiqat zamanı bu üsul vasitəsilə xəstələrə aid olan plazma, bəd xassəli şiş toxuması və kondensasiya və nəfəsdən izolə edilmiş ümumilikdə 32 DNT nümunəsində 22 tumor supressor genin amplikon sekvensləməsi, eləcə də alınan sekvens datalarının Ion Reporter və IGV proqramlarında analiz edərək alınan nəticələrin online databaselərdə (VarSome, HGVD, PolyPhen, OMIM) interpretasiyası həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, tədqiqat işi TUBİTAK tərəfindən dəstəklənir və 500 xəstə üzərində aparılması nəzərdə tutulan bu layihə Ion Torrent platformasında aktiv şəkildə davam etdirilməkdədir.

B.Bayramovun tədqiqat işində yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan xəstələrdə maye biopsiyası metodundan istifadə etməklə şiş hüceyrələrinin genetik səviyyədə tədqiqi, onkogen və tumor supressor genlərdən ibarət hazır gen panellərindən istifadə edilməklə amplikon sekvenslənmə həyata keçirməklə mutasiyaların təyin edilməsi nəzərdə tutulmuşdur.  

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.